Klassiklər
Bitməsinə qalıb:  31.01.2018 13:31:29

Ya var, ya yox - Ernest Heminquey

Məhsul kodu: 592

Müəllif: Ernest Heminquey
Janr: Proza
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
7 Azn
Ədəd


Kitab haqqında
Romanın baş qəhrəmanı – floridalı balıqçı (Heminqueyin şah əsəri "Qoca və dəniz"dəki qoca Santyaqonun cavanlığını xatırladan) Harri Morqan ailəsini dolandırmaq üçün qazanc məqsədilə ağlasığmaz risklərə getmək məcburiyyətində qalır. Sonuncu risk ona baha başa gəlir – bankı qarət edən Kuba inqilabçılarının niyyətini anlayan Harri onları öldürməli olur. Dörd qarətçini təkbaşına məhv edən Harri bu vaxt ölümcül yaralanır; sahil mühafizəsinin qayığı onu xəstəxanaya çatdırsa da, Harrinin həyatını xilas etmək mümkün olmur.

Roman Hollivudda üç dəfə ekranlaşdırılıb (1944, 1950 və 1958-ci illərdə). Bunlardan ən maraqlısı Uilyam Folknerin ssenarisi əsasında çəkilən birinci ekran əsəridir. Folkner romanın süjet xəttində xeyli dəyişiklik və əlavələr etsə də, tamaşaçılar və kino tənqidçiləri məhz onun ssenarisi əsasında çəkilən filmi daha yüksək qiymətləndirirlər.
XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) "Ya var, ya yox" romanı yazıçının yaradıcılığında mühüm yer tutan dəyərli əsərlərdəndir.

Tərcümə: Mahir N.Qarayev
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?