Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti -

Məhsul kodu: 3502

Janr: Digər
Nəşriyyat: Zərdabi LTD
Kitabın dili: Azərbaycan
5,6 Azn
Ədəd


Kitab haqqında
Ə.M.HƏSƏNOV. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın
geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti. Bakı, "Zərdabi LTD"
MMC, 2016, 296 s.
Monoqrafiyada dünyanın aparıcı ölkələrinin Xəzər hövzəsi və Cənubi
Qafqazda nümayiş etdirdiyi geoiqtisadi maraqlar və yürütdükləri geosiyasət
fonunda Azərbaycan Respublikasının indiki və gələcək iqtisadi inkişaf məsələləri
araşdırılır, milli mənafelərinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin
əsasları şərh edilir, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına
çıxarılması sahəsindəki rolu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya
dəhlizlərinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s. kimi
məsələlərdə dünyanın və regionun əsas güc mərkəzləri ilə geoiqtisadi münasibətləri
tədqiq olunur.
Kitabda, həmçinin Azərbaycan dövlətinin regionda və dünyada nümayiş
etdirdiyi geosiyasi və geoiqtisadi fəaliyyət, regionun, Avropanın və transmilli
dünyanın enerji, tranzit-keçid, beynəlxalq daşıma, nəqliyyat-kommunikasiya
sistemindəki iştirakı kimi məsələlər təhlil edilir, Cənubi Qafqaz və Xəzər
hövzəsi ölkələrinin gələcək milli maraqlarını təhdid edən qlobal geoiqtisadi
proseslər şərh olunur.
Kitab Xəzər-Qara dəniz hövzəsi ölkələri və Cənubi Qafqazın geoiqtisadi
məsələləri, o cümlədən Azərbaycanın yeni neft siyasəti ilə maraqlanan ictimaisiyasi
xadimlər, millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, geoiqtisadi
planlama sahəsində çalışan mütəxəssislər və ən geniş intellektual oxucu
təbəqəsi – milli elita üçün nəzərdə tutulmuşdur.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?