Toranliq - Stefani Morqan Mayer

Məhsul kodu: 2337

Müəllif: Stefani Morqan Mayer
Janr: Fantastika
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
10 Azn
Ədəd


Kitab haqqında
"Toranlıq" romanlar seriyasının ilk kitabı olan "Toranlıq" on yeddi yaşlı İzabella Svanın, əslində, yüz doqquz yaşı olan, ancaq on yeddi yaşında bir gənc kimi görünən, sirlərlə dolu, son dərəcə yaraşıqlı vampirlə romantik və bir o qədər də təhlükəli münasibətlərindən bəhs edir.
Kitabın üz qabığındakı alma, Tövratın birinci kitabı olan "Yaradılış"dakı qadağan olunmuş meyvənin təsviri olub, Bella ilə vampirin qadağan olunmuş sevgilərini simvolizə edir.
Həyatı təhlükələrlə təqib olunan Bellanın qarşısında iki yol var: ya "qadağan meyvə" Edvardı seçəcək, ya da ondan uzaqlaşmağı gözə alacaq...
"Toranlıq" əfsanəsi ilə dünya şöhrəti qazanan amerikalı yazıçı Stefani Morqan Mayerin 2003-cü ilin bir yay gecəsi gördüyü yuxu əvvəl qeydlərə, üç ay sonra 600 səhifəlik bir kitaba, daha sonra isə "Toranlıq" adı altında kitablar seriyasına çevrilmiş, 38 dilə tərcümə edilərək dünya üzrə, təxmini, yüz milyon tirajla satılmışdır.
2008-ci ildə müəllifin eyniadlı romanı əsasında film çəkilmiş, kinoteatr nümayişlərindən sonra $390 milyondan çox gəlir əldə olunmuşdur.
Stefani Mayer, həmçinin "Sahibkar" (The Host) adlı elmi fantastika janrında digər bir romanın da müəllifidir.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?