Sevgi şeirləri - Məmməd İsmayıl

Məhsul kodu: 409

Müəllif: Məmməd İsmayıl
Janr: Poeziya
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
3,5 Azn
Ədəd


Kitab haqqında
Kitabda sevilən Azərbaycan şairi Məmməd İsmayılın müxtəlif vaxtlarda qələmə aldığı sevgi şeirləri toplanmışdır. M.İsmayılov 1957-ci ildə kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki 2 illik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1958-ci ildə əmək fəaliyyətinə başlayan Məmməd İsmayıl azərbaycan və rus dillərində çap olunan "Gənclik-Molodost" jurnallarının baş redaktoru olduğu dönəmdə daha çox sevilib və məhşurlaşıb. 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin sədri vəzifələrində çalışmışdır. Hazırda Türkiyənin Çanaqqala universitetində müəllim kimi fəaliyyət göstərir.

1989-cu ildən Azərbaycanın azadlığı uğrunda mübarizənin ön sıralarında yer alan Demokratik Qüvvələr Birliyinin təşkilatçılarından və həmsədrlərindən biri olub. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək azərbaycan və türk dilində çap etdirmişdir. İndiyədək azərbaycan, rus, türk, qazax və başqa dillərdə 30-dan çox bədii və elmi kitabı, 200-dən artıq məqaləsi çap olunmuşdur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 208 səh.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?