Prezident ovu - Çingiz Abdullayev

Məhsul kodu: 270

Müəllif: Çingiz Abdullayev
Janr: Detektiv
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
3,9 Azn
Ədəd


Kitab haqqında
Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tap­şırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti "X günü" adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təş­ki­la­tın konkret harda yer­ləşdiyi və aksiyanın nə məqsəd güd­düyü, onun haçan və han­­sı ölkədə həyata keçirilə­cəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.

Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşki­latın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq la­zım gəlir. İlk baxışda nə qədər ağlasığmaz gö­rün­sə də, yük­sək peşəkarlığa malik olan Dronqo bu çə­tin vəzifəni mə­harətlə yerinə yetirir.

Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niy­yətini ye­rinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bu­cağında – Stok­holmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asun­­sonda, Santyaqoda, Buenos-Ay­­resdə, Nyu-Yorkda Dron­­­qo­nun özünün ovuna çı­xır­lar. Buna görə də müxtəlif ad­lar al­tında çalışmağa məc­bur qalan Dronqo bir neçə dəfə ölüm təh­lükəsindən mö­cüzə nəticəsində xilas olur.
Amma xilas olurmu?
Müəllif sualın cavabını qəsdən gizli saxlayır və bu mü­əm­ma əslində əsərin daha da maraqla oxunmasına xidmət edir.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?