On bir gecə - Rasim Qaraca

Məhsul kodu: 570

Müəllif: Rasim Qaraca
Janr: Proza
Nəşriyyat: Alatoran yayınları
Kitabın dili: Azərbaycan
5 Azn
Ədəd


Kitab haqqında
Kitabın üz qabığında yazılmış qeyddən mövzunun "savaş günlərinin eşq hekayələri" olduğunu öyrənirik və iddialı bir yarımbaşlıq əlavə olunub: "Qarabağ Dekameronu".

Kitab haqqında Rasim Qaraca deyir:

"Bu kitabdakı eşq hekayələri fonunda Qarabağ savaşının nə qədər böyük faciə olduğunu göstərməyə çalışmışam. Əsərdə hadisələr savaş günlərində mühasirəyə düşmüş əsgərlər tərəfindən danışılır, 10 əsgər və 10 hekayə. Əsgərlərin ruh düşgünlüyünü aradan qaldırmaqdan ötrü komandir hər kəsə ilk sevgisi haqqında danışmağı təklif edir və birinci özü başlayır... Sonradan onlardan yalnız bir nəfər sağ qalır, təsadüf nəticəsində hekayətlər it-bata düşmür. Artıq bu əhvalatları hər kəs oxuya biləcək..."

Yazıçının düşüncəsinə görə "On bir gecə" Qarabağ mövzusunda yazılmış bütün əsərləri kölgədə qoyacaq.

"On bir gecə - Qarabağ Dekameronu" kitabına yazıçının 2010-cu ildə yayınlanmış "Əyri evin qadını" hekayələr toplusunda olmayan daha 3 hekayə daxil edilib.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?