Namazı anlayaraq qılmaq - prof. dr. Davud AYDÜZ

Məhsul kodu: 1243

Müəllif: prof. dr. Davud AYDÜZ
Janr: Digər
Nəşriyyat: "Xəzər" nəşriyyatı
Kitabın dili: Azərbaycan
3,5 Azn
Ədəd


Kitab haqqında
"Namazı anlayaraq qılmaq!" "Namazı anlayaq qılmaq" kitabı, etiraf edim ki, ömrüm boyu fikrən və felən məşğul olduğum, amma sona çatdıra bilmədiyim bir mövzuya həsr edilmişdir. Daim namazı anlayaraq qılmağa çalışsam da, heç bir namazım haq­da "bu namazı anlayaraq qıldım" deyə bilmirəm. Halbuki namaz həyatımın birinci hədəfi, başlıca vəzifəsidir və məhşər günü ən əvvəl namaza görə sorğu-suala çəkiləcəyəm. Namazda itirən heç nədə müvəffəq ola bilməz, amma onda qazanan o biri aləmdə də, inşallah, müvəffəq ola bilər. Öz nəfsimdə namazı anlayaraq qılmaq üçün ilk tədbir olaraq buna ehtiyac olduğunu hiss edirəm: Namaz üçün qibləyə yönələrkən zehnimdəki bütün düşüncələri bir kənara ataraq təmiz qəlb və beyinlə namaza girmək. Məncə, na­maza başlamadan qəlb və beyini kənar şeylərdən arındırmaq çox mühümdür. Ancaq faydasız və mənasız mövzulardan təmizlənən qəlb və beyin namazda oxuduğumuz ayə və dualarla dərhal doldurulmalıdır. Yoxsa kənara atılan faydasız düşüncələr boş qalan qəlbə sel kimi hücum çəkər. Bunun üçün ilk təkbirin mənasını düşünərək ağıl və qəlbinizi doldurmağa başlayırsınız: – Allahu Əkbər! Allah yeganə böyükdür. Bundan sonra ardıcıllıqla "Subhanəkə", "Əuzu Bəsmələ", "Fatihə", zəmmi-surə, dualar.. və beləcə bütün namazı mənaları düşünərək qılma bəxtiyarlığına qovuşa bilərsiniz. Yaxşı, bəs bu mənaları düşünmə bəxtiyarlığını necə əldə edə­ bi­lə­rik? Ərəbcə bilmiriksə, oxuduğumuzun mənasını necə öy­rə­nəcək, namazı necə anlayaraq qılacağıq? Elə əsl məsələ də bu sualın cavabındadır. Əsərlərindən istifadə etdiyimiz prof. Davud Aydüzün "İşıq" nəş­riyyatında çapdan çıxan "Namazı anlayaraq qılmaq" kitabı bu­rada imdada yetişir və namaz boyu oxunan ayələrin, surələrin, salavat və duaların mənalarını qısaca izah edərək namazı anlayaraq qılmaqda bələdçilik edir. Ona görə də birinci işimiz namazda oxunan ayə və duaların mə­­­nasını yaxşı-yaxşı əzbərləməli, sonra da bu mənaları dü
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?