Ayın Best Selleri
Bitməsinə qalıb:  01.04.2018 13:03:48

Məsumiyyət muzeyi - Orhan Pamuk

Məhsul kodu: 285

Müəllif: Orhan Pamuk
Janr: Proza
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
9 Azn
Ədəd


Kitab haqqında
Türkiyənin Nobel mükafatı laureatına sahib olan yazı­çı­sı Orxan Pamukun altı ilə yazdığı gözəl eşq romanı bu sözlərlə başlayır.

"Məsumiyyət muzeyi"ni oxuyarkən yalnız eşqlə deyil, ev­lilik, dostluq, intim münasibətlər, şəhvət, ailə və xoş­bəxtliklə bağlı bütün düşüncələrinizin yerindən oynadığını və hekayənin cazibəsindən heç ayrılmaq istəmədiyinizi gö­rəcəksiniz.

1975-ci ilin bir yaz günü başlayıb bu günə qədər da­vam edən istanbullu varlı gənc Kamalla onun uzaq və yox­sul qohumu Füsunun hekayəsi sürəti, hərəkəti, hadisə­lə­rinin və qəhrəmanlarının zənginliyi, yumor hissi və insan ruhunun dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə əlinizdən yerə qoymayacağınız və təkrar-təkrar oxuyaca­ğı­nız kitablardan biri olacaq.

Türkiyədə və dünyada milyonlarla oxucunun sevgi və heyranlığını qazanan, kitabları 58 dilə tərcümə olunan və hər yeni romanı böyük bir maraqla gözlənən Pamuk "Mə­sumiyyət muzeyi"ndə oxucularına unudulmaz yuxular ki­mi yaddan heç çıxmayacaq sarsıdıcı bir hekayə danışır.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?