Məntiq Qaydaları - Çingiz Abdullayev

Məhsul kodu: 1294

Müəllif: Çingiz Abdullayev
Janr: Detektiv
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
3,2 Azn
Ədəd


Kitab haqqında
Üç epizoddan ibarət romanın birinci epizodunda dincəlmək üçün Marselə getmiş Dronqoya dostu və həmkarı – professor Stiven Rossdan qəfil telefon zəngi gəlir; o, Avropanın "şərab kralı" kimi tanınan məşhur milyonçu Edvard Harrisonun onunla təcili görüşmək istədiyini Dronqoya çatdırır. Dostunun xahişindən keçə bilməyən Dronqo istirahətini yarımçıq qoymalı olur və Rossla birgə milyonçunun Monpelyedəki qəsrinə yollanır. Mister Harrison Dronqoya Londondakı seyfindən müəmmalı şəkildə oğurlanmış çox qiymətli sənədlərin axtarışıyla məşğul olmağı və bunun müqabilində ona bir milyon funt qonorar təklif edir. Dronqo təklifdən imtina edir, lakin geri qayıtmağa hazırlaşarkən milyonçunun evində son dərəcə gözlənilməz hadisələr baş verir – cəmisi bir neçə saatdan sonra öz villasında, qapısı içəri tərəfdən bağlı otaqda mister Harrisonun meyiti aşkar olunur; ertəsi gün isə təxminən eyni vəziyyətdə onun otuz yaşlı gözəl xanımı Anna Harrison qətlə yetirilir. Cinayət işlərinin təhqiqatıyla məşğul olan polis komissarı Dyubuanın səyləri heç bir nəticə vermir, lakin Dronqo polis komissarının bacarmadığı çətin işə girişib, çox qısa bir müddətdə bu müəmmalı qətllərin sirrini açmağa və qatili tapmağa müvəffəq olur.

İkinci və üçüncü epizodlarda Dronqo daha çətin, daha mürəkkəb situasiyalara düşür və daha müəmmalı cinayətlərin təhqiqatına cəlb olunur. Bir-birindən fərqli şəkildə törədilmiş amansız qətllərin üstünü açmaq, qatili ifşa etmək ilk baxışda mümkünsüz görünsə də, Dronqo öz çevik ağlının və ona heç vaxt etibarsız çıxmayan dəmir məntiqinin sayəsində bu işlərin öhdəsindən məharətlə gəlir.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?