İslamda Dialoq və Tolerantlıq - Ahmet Kurucan

Məhsul kodu: 1130

Müəllif: Ahmet Kurucan
Janr: Digər
Nəşriyyat: "Xəzər" nəşriyyatı
Kitabın dili: Azərbaycan
3 Azn
Ədəd


Kitab haqqında
İslamın terrorizmlə eyniləşdirildiyi, təhrif olunmuş şəkildə insanlara təqdim edildiyi,insanlarda İslama fobiyanın formalaşdırıldığı bir dövrdə İslamın əsl mahiyyətini cəmiyyətə çatdırmağa hava-su kimi ehtiyac var. Bu qloballaşan dünyanı insanlararası münasibətləri ən mükəmməl şəkildə tənzimləyən İslamsız düşünmək qeyri-mümkündür.
– Kitab əhli kimə deyilir? Yəhudilər və Xristianlar kitab əhlidirmi?
– Kitab əhli ilə dialoq qurmağı əmr edən ayələr varmı?
– "Yəhudi və xristianlarla dost olmayın" və "Nə yəhudilər, nə də xristianlar, Sən onların dinlərinə tabe olmadıqca, əsla Səndən razı olmazlar" və buna bənzər məaldakı ayələr necə başa düşülməlidir?
– Qurani-Kərimə görə, qeyri-müsəlmanlarla münasibətlərdə döyüş əsasdır, yoxsa sülh?
– "Cihad" və "Dialoq" bir-birinə zidd anlayışlar deyilmi?
– Allah Rəsulunun (s.ə.s.) kitab əhli ilə sosial və ya ticari əlaqələri vardırmı?
– Hz. Muhammədin (s.ə.s.): "Mən "Lə iləhə illəllah" deyənədək, Mənə və Mənim gətirdiklərimə iman edənədək insanlarla döyüşməklə əmr olundum. Kim bunu deyərsə, Məndən qanını və malını qorumuş olar. Bunun xaricindəki hesab Allaha aiddir" hədisi küfrün döyüş səbəbi olacağına dəlildirmi?
– Tarix boyunca müsəlmanlar digərlərini müsəlman olmağa heç məcbur etmişlərmi?
– Tolerantlıq və dialoq yeni bir layihədirmi?
Daha əvvəl də belə fəaliyyətlər var idimi?
– Bu günə qədər həyata keçirilən dinlərarası dialoq fəaliyyətlərinin İslamiyyət üçün konkret faydaları varmı?
Suallardan göründüyü kimi, bu kitab müasir dünyamızın aktual mövzularına həsr olunmuşdur. Kitabda günlərlə, bəlkə də, illərlə zehninizi məşğul edən, hər kəsin fərqli şərhlər verdiyi, qaneedici cavablar tapmaqda çətinlik çəkdiyiniz məsələlərə, problemlərə məntiqli, əsaslı izahlar verilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?