İşığa gedən yol - Sona Vəliyeva

Məhsul kodu: 3501

Müəllif: Sona Vəliyeva
Janr: Proza
Nəşriyyat: Zərdabi LTD
Kitabın dili: Azərbaycan
10 Azn
Ədəd


Kitab haqqında
Sona Vəliyeva "İşığa gedən yol"
Bakı, "Zərdabi LTD" MMC, 2016, 768 səh.
Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin
keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edən
"İşığa gedən yol" romanı bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat,
bir sözlə, ziyalılıq tarixinə işıq salır. Roman bəlli bir dövr ərzində Azərbaycan
ziyalılığının tarixi hesab oluna bilər.
XIX-XX əsrlərdə cərəyan edən hadisələr təkcə dövrünün reallıqlarını deyil,
həm də sonrakı onilliklərdə ziyalılıq tariximizin bizi müstəqillik tariximizə
qovuşdurduğunu ifadə edir. Azərbaycan tarixinin olduqca ziddiyyətli dövrünün,
Rus imperiyasının tərkibindəki illərin əks olunduğu əsərdə xalqımız üçün bugünkü
müstəqilliyin nə qədər önəmli olduğu bütün aydınlığı ilə görünür.
Tarixi faktlar, müstəsna hadisələr, ağrılı məqamlar müəllifi n qələminə xas
ustalıqla verilir. Tarixə ekskurs, iç dialoqların dərinliyi, üslubun kamilliyi və
müəllifi n mənzərə yaratmaq ustalığı baxımından da roman oxucuların ma rağına
səbəb olacaq. Romanda işıqlandırılan hadisələr ilk dəfə Azərbaycan oxucusuna
belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim edilir. XIX əsr və
XX əsrin ilk onilliyinin reallığının dərki baxımından "İşığa gedən yol" romanı
ədəbiyyatımızda mühüm yeri olan əsərdir.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?