İnsan Dünyadan Əvvəl -

Məhsul kodu: 405

Janr: Digər
Nəşriyyat: Qədim Qala
Kitabın dili: Azərbaycan
5 Azn
Ədəd


Kitab haqqında
Müəllif: Əllamə Təbatəbai
Şərh və əlavələr: Rövşən Abdullaoğlu

Gördüyünüz bu kitab 4 hissəli "İnsan" kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin "İnsan" risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür. Bu kitab sizi yadınızdan çıxmış uzaq keçmişinizə aparacaqdır. Keçmişinizi mərhələ-mərhələ gözlərinizin önündə canlandıracaq, unutduğunuz həqiqətləri yenidən yada salacaqdır.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?