İnformatika - Teymur Fərziyev

Məhsul kodu: 865

Müəllif: Teymur Fərziyev
Janr: Digər
Nəşriyyat: Hədəf
Kitabın dili: Azərbaycan
8 Azn
Ədəd


Kitab haqqında
1943-cü ildə "Dünya bazarında beş kompyuterdən çoxuna yer yoxdur" deyən IBM başçısı Tomas Vatsonun sözlərindən 69 il, 1949-cu ildə məşhur Mexanika jurnalı tərəfindən "gələcəkdəki kompyuterlərin ağırlıqları 1,5 tondan daha ağır olmayacaq" yazısından 63 il və 1981-ci ildə "Hər kəsə 64 Kb yaddaş kafi olacaq" deyən Bill Qeytsin məşhur sözlərindən yalnız 31 il sonra informasiya texnologiyalarının gəldiyi nöqtə bütün bu sözləri təbəssümlə qarşılamağımıza gətirib çıxarmışdır.

Müasir zamanda hər addımda kompyuter təhsili almış iş qüvvəsinə duyulan ehtiyac artmaqdadır. Fərdlərin gündəlik həyatlarını davam etdirə bilmələri üçün belə kompyuter təhsillərinin olması vacib bir amilə çevrilmişdir.

İnformasiyalaşmış cəmiyyətin tələblərinə uyğun olaraq artıq informatika fənninin tədrisi nəinki ali məktəblərdə, hətta orta məktəb və ibtidai siniflərdə də başlanmışdır.

Əlinizdə tutduğunuz bu kitab, magistraturaya hazırlaşan bakalavrlar üçün ümumiləşmiş bir vəsaitdir. Kitabda olan fəsillər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi "İnformatika üzrə qəbul imtahanı proqramı" ilə tam olaraq uyğunluq təşkil edir.

Bu kitabda üstünlük məlumatların çoxluğuna deyil, magistraturaya hazırlaşan bakalavrın qəbul proqramına əsasən verilmişdir. Vəsaitdən magistraturaya hazırlaşan bakalavrlarla yanaşı, müəllimlər, Dövlət Qulluğu imtahanlarına hazırlaşanlar istifadə edə bilərlər.

Oxuyucuların diqqət etmələri vacib olan məsələlərdən biri də kitabda olan işarələrdir. Kitab tamamilə "punkt qaydası" ilə işlənməklə bərabər mətnlərin rəngi də təyin olunmuş qaydaya əsasən verilmişdir.

Bütün istifadəçilərə məqsədlərinə çatmaq yolunda uğurlar diləyirik!
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?