Hacı Murad - Lev Tolstoy

Məhsul kodu: 3359

Müəllif: Lev Tolstoy
Janr: Ailə və uşaq
Nəşriyyat: Altun Kitab
Kitabın dili: Azərbaycan
2 Azn
Ədəd


Kitab haqqında
"Hərb və sülh", "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən gözəl nümunələrini yaratmış görkəmli rus yazıçısı, publisist və filosof Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tulsk quberniyasının Yasnaya Polyana malikanəsində zadəgan ailəsində anadan olmuşdur. Həyatı boyu yoxsullara kömək etmiş, ədalətsizliklə mübarizə aparmışdır. Ömrünün sonunda öz istəyilə sərvətindən imtina etmiş yazıçı 82 yaşında vəfat etmişdir.

Müəllifin son əsəri olan "Hacı Murad" povesti 1904-cü ildə işıq üzü görüb. Povestdə imam Şamilin başçılığı ilə Rusiya imperiyasına qarşı vuruşan üsyançılardan bəhs edilir. Əsərin əsas qəhrəmanı olan Hacı Murad Dağıstanı işğal edən rus ordusuna qarşı mərdliklə mübarizə aparan avar sərkərdələrindən birinin portretidir.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?