Gündəlik - Jül Renar

Məhsul kodu: 394

Müəllif: Jül Renar
Janr: Proza
Nəşriyyat: Zero
Kitabın dili: Azərbaycan
2,5 Azn
Ədəd


Kitab haqqında
XX əsrin ən çox sitat gətirilən kitabı

XIX əsr dünya ədəbiyyatının çox maraqlı ədəbi simalarından biri də fransız dramaturqu, yazıçısı Jül Renardır.

Renarın 1887-1910-cu illəri əhatən edən "Gündəlik" əsəri onun ölümündən sonra, 1927-ci ildə işıq üzü görüb. Bu əsər çap olunan kimi böyük səs-küyə səbəb olub. Müxtəlif qəzetlərdə bu əsər haqqında "səmimiliyin son həddi" kimi yüksək qiymətlər verilib. Doğurdan da, "Gündəlik"ləri oxuyanda səmimiyyətin son həddini aydın duymaq olur. Renar "Gündəlik"dəki qeydlər barədə belə yazır: "Bu qeydlər mənim gündəlik dualarımdır". Öz dövrünün reallıqlarını çılpaq şəkildə "Gündəlik" əsərində yazan yazıçı, həm də bundan əziyyət çəkirdi, bütün onun üstünə çökmüş reallıqları ifadə etmək ona ağrılı gəlirdi: "Bu "Gündəlik" məni əldən salır. Onu yaradıcılıq adlandırmaq olmaz. Hər gün sevgi ilə məşğul olmaq sevmək demək deyil". Ədəbi-ictimai fikir, məhz "Gündəlik" əsərindən sonra Renarın ağır həyatını və yazıçı taleyini qəbul edir və yüksək qiymətləndirir. Göründüyü kimi, Renar da ölümündən sonra qiymətini alan yazıçılardan olur.

Bu kitabda yazıçı J.Renarın müxtəlif ictimai quruluşlara, həyata, ədəbiyyat və incəsənətə, sənətkarlıq məsələlərinə aid fikirləri əsas yer tutur.

Aparılan araşdırmalara görə bu gün J.Renarın fikirləri çox sitat çəkilir, bədii əsərlərdə epiqraf kimi istifadə edilir. Bəzən qalın-qalın kitablardan ala bilmədiyimiz bəşəri informasiyanı, yüksək ədəbi-bədii fikirləri, Renarın bir cümləsindən oxuyuruq

Tərcüməçi: Rəfail Nağıyev

120 səh.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?