Gizli şedevr - Onore de Balzak

Məhsul kodu: 75

Müəllif: Onore de Balzak
Janr: Proza
Nəşriyyat: Zero
Kitabın dili: Azərbaycan
2,5 Azn
Ədəd


Kitab haqqında
Qərbi Avropa realizminin zirvəsi hesab edilən Onore de Balzak (1799-1850) bir çox əsərləri ilə Azərbaycan oxucusuna da yaxşı tanışdır.

Ədəbiyyat tarixinə ən məhsuldar yazıçılardan biri kimi düşən Balzakın heç də bütün əsərləri dilimizə çevrilməmişdir. Yazıçının bu kitabda yer alan üç əsəri - "Gizli Şedevr", "Qırmızı mehmanxana" povestləri (tərcümə: Emin Nihil) və "Tapşırıq" hekayəsi (tərcümə: Həmid Piriyev) Azərbaycan dilində ilk dəfə nəşr olunur.

Balzakın ən məşhur əsərlərindən biri olan "Gizli Şedevr" ideal axtarışında olan rəssam Frenhoferin həyat hekayəsidir. Tənqidçilərin fikrincə, əsərdə Onore de Balzak öz zəmanəsini 100 il qabaqlayaraq "kubizim"in konturlarını çizir.

Pablo Pikasso əsərdə adı çəkilən ünvanı taparaq, rəssamın yaşadığı evi kirayələyir və orda bir müddət yaradıcılıqla məşğul olur. Əsər təkcə Pikassoda deyil, məşhur rəssam Pol Sezan, yazar Henri Ceyms, kino rejissor, ssenarist Jak Rivvet kimi dahilərin yaradıcılığında da dərin izlər buraxıb.

"Zero", 2014, 150 səh
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?