Danışığınla həyatı qazan - Cəlalə Nəzəroğlu

Məhsul kodu: 3537

Müəllif: Cəlalə Nəzəroğlu
Janr: Digər
Kitabın dili: Azərbaycan
10 Azn
Ədəd


Kitab haqqında
Çox adam buna fikir vermir, amma problemlərin açarı çox vaxt onda olur: TƏSİRLİ NİTQ!

Başına gələn bütün uğursuzluqlarda taleyini, qismətini, ətrafdakı insanları günahlandıranlar çıxış yolları haqqında düşünürlər. İnsanların əksəriyyəti stresdən, başqaları ilə olan qıcıqlandırıcı münasibətdən və ən əsası, özünü ifadə edə bilməməkdən əziyyət çəkir. Hər şeyin qaynağı ünsiyyət problemidir. Halbuki, insanlar öz danışıqları ilə nəinki istədikləri hədəflərə çata bilərlər, hətta qarşılarındakı insanı da özlərinə uyğun davranmağa sövq edə bilərlər. Bu, ünsiyyətlə idarəetmədir.

İş görüşündə, iş yerində, şəxsü münasibətlərdə-hər yerdə bizim haqqımızda fikir formalaşdıran ən vacib amil yalnız nitqimizdir. İnsan dilinin altında gizlənib (Hz.Əli). Bahalı geyim, avtomobil və s. deyil, məhz ağzından çıxan kəlmələr insanı başqalarının gözündə ucaldar və ya hörmətsiz edər.
"Danışığınla həyatı qazan" kitabında müxtəlif nitq problemlərini aradan qaldıran sistemli məşqlər, dolğun səsə sahib olmağın yolları, bədən dili, xüsusi mərasimlər üçün şablon çıxışlar, iş görüşündə, şəxsi münasibətlərdə ilk görüşdə danışıq qaydaları, düzgün nəfəs almağın yolları, danışığı ilə uğur qazanmışların həyat hekayələri, intonasiyalı, təsirli danışmağın, toplum qarşısında sərbəst nitq söyləməyin qaydaları və sair vacib məsələlər əksini tapıb.
Nəfis tərtibatda olan kitabda 150-dən çox rəngli şəkildən istifadə olunub.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?