DAHA - Hakan Günday

Məhsul kodu: 3544

Müəllif: Hakan Günday
Janr: Proza
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
9,99 Azn
Ədəd


Kitab haqqında
Dünyada heç bir insan doğulub-böyüdüyü ailəsini seçməyə qadir deyil. "Daha" romanının baş qəhrəmanı Qəza da başqa bir ailədə, mühitdə doğulsaydı həyatı tamamilə başqa cür ola bilərdi. Amma özünün dediyi kimi: "Atam qatil olmasaydı mən də qatil olmayacaqdım…" Atasının qanunsuz işlərinə alət etdiyi Qəza istəmədən, məcburi şəkildə atasının işlərinə ortaq olur. O da qatil kimi böyüyür və formalaşır. Yaşadığı həyat həm fiziki, həm də psixoloji baxımdan Qəzada dərin yaralar açır…

Roman, Qəzanın həyatının 9 yaşından 24 yaşına qədər olan müddətini əhatə edir. Baş verən hadisələri müəllif baş qəh­rə­manın diliylə təsvir edir. Qəzanın başına gələn hadisələri rənglərlə müqayisə edən müəllif, İntibah dövrü rəssamlığındakı dörd prinsipin adlarını romanın müxtəlif hissələrinə başlıq kimi vermişdir. İntibah dövrünə aid olan bu prinsiplərdə rənglər öz tonunu, çalarını necə dəyişirsə Qəzanın həyatında baş verən hadisələr də öz çalarını o formada dəyişir. Qəzanın başına gələn hadisələr rənglər kimi gah buxara çevrilib bir-birinə qarışır, gah qəfildən bir rəngdən tamamilə başqa tonlu bir rəngə keçir…
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?