Azərbaycan Türklərinin dini-fəlsəfi Dünyagörüşü - Fazil Qəzənfər oğlu Mustafa

Məhsul kodu: 2465

Müəllif: Fazil Qəzənfər oğlu Mustafa
Janr: Digər
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan
5 Azn
Ədəd


Kitab haqqında
Kitabda Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü, din və iman anlayışının tarixi kökləri və fəlsəfi mahiyyəti, Azərbaycan coğrafiyasında çoxluğu təşkil edən türk etnosunun dini sistemi tarix və müasirlik kontekstində tədqiq olunmuşdur. Türklərin İslamdan öncəki dini-fəlsəfi dünyagörüşünün əsas prinsiplərinin başqa xalqların dini-fəlsəfi təlimləri ilə oxşar və fərqli cəhətləri müqayisəli şəkildə araşdırılmış, habelə tarix boyu mövcud olmuş dinlərin və inancların monoteist düşüncəyə doğru inkişaf prosessinin də kitabda əhatəli izahı verilmişdir. Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşündə İran dini-fəlsəfi təlimlərinin, müxtəlif İslam məzhəblərinin, xüsusilə də Şiənin tarixi yeri və çağdaş izləri araşdırılmış, müasir dövrdə xalqımızın din anlayışının və dini-fəlsəfi dünyagörüşünün xarakterik xüsusiyyətləri təhlil edilmişdir. Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşünün ilk dəfə olaraq fəlsəfi aspektdə tədqiq olunduğu bu kitab; dinlər tarixi, müasir cəmiyyət və din problemləri, türklərin qədim inancları, bir çox dini-fəlsəfi təlimlərin tədqiqi, habelə dini proseslərlə bağlı tarixi, fəlsəfi və sosioloji xarakterli tədqiqatlarda istifadə oluna bilər.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?