Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları - Əli Həsənov

Məhsul kodu: 3498

Müəllif: Əli Həsənov
Janr: Digər
Nəşriyyat: Zərdabi LTD
Kitabın dili: Azərbaycan
9,8 Azn
Ədəd


Kitab haqqında
Ə.M.HƏSƏNOV. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik
siyasətinin əsasları. Bakı, "Zərdabi LTD", 2016, 700 s.
Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi beş illik
müddət ərzində milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri,
başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi,
sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrində
həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır, ölkənin
milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, təhlükəsizlik
sahəsində həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri
araşdırılır, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi,
praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi cəhətdən qiymətləndirilir.
Monoqrafiyada ayrıca olaraq Azərbaycan Respublikasının geosiyasi kodunun,
təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq
çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi
məsələlər təhlil olunur, dövlətin gələcək inkişaf perspektivləri, təhlükəsizlik sahəsində
dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji
resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb, Simal-Cənub
nəqliyyat-kommunikasiya dəhlizləri və s. transmilli layihələrin təhlükəsizliyinin təmin
edilməsinin vacib aspektləri araşdırılır.
Monoqrafiyanın faktiki materialları, müddəaları və nəticələri həm elmi-nəzəri,
həm də praktiki əhəmiyyət daşıyır. Ondan gələcək tədqiqat işlərində, mövzu üzrə
dərslik, dərs vəsaiti və ümumiləşdirilmiş əsərlərin yazılmasında, universitetlərdə və xüsusi
ali məktəblərdə təhlükəsizlik kursu üzrə mühazirələrin tərtib edilməsi və seminar
məşğələlərində, Azərbaycan Respublikası XİN, DTX, MN və digər nazirlik, xüsusilə
xarici siyasət məsələləri ilə məşğul olan qurumların praktiki fəaliyyətində, kütləvi
informasiya vasitələrində, təbliğat işlərində və s. sahələrdə istifadə etmək olar.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?