Azərbaycan Geosiyasəti -

Məhsul kodu: 3497

Janr: Digər
Nəşriyyat: Zərdabi LTD
Kitabın dili: Azərbaycan
14 Azn
Ədəd


Kitab haqqında
Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Dərslik. - Bakı,
"Zərdabi LTD" MMC, 2015. -1056 s.
Oxucuların diqqətinə təqdim olunan bu dərslikdə dünyanın əsas ölkələrinin Xəzər-Qara dəniz
hövzəsi və Cənubi Qafqaz regionunda nümayiş etdirdikləri geosiyasi maraqlar və yürütdükləri
siyasət fonunda Azərbaycan Respublikasının keçmiş, indiki və gələcək inkişaf məsələləri araşdırılır,
milli inkişaf və təhlükəsizlik maraqlarının təmin edilməsi ilə bağlı dövlət siyasətinin
əsasları şərh edilir; ölkənin geosiyasi kodunun, xarici və milli siyasət konsepsiyasının hazırlanması,
milli maraqlarının çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı geosiyasi
məsələlər təhlil olunur; gələcək geosiyasi perspektivləri, dünyanın və regionun geosiyasi güc mərkəzləri
ilə münasibətləri, Xəzərin enerji daşıyıcılarının istismarı və dünya bazarlarına çıxarılması
sahəsindəki rolu, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, təhlükəsizliyinin
təmin edilməsi və s. kimi məsələlər tədqiq olunur.
Bundan başqa, dərslikdə Azərbaycan dövlətinin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi
və geoiqtisadi fəaliyyət, regionun, Avropanın və transmilli dünyanın enerji, tranzit-keçid,
beynəlxalq daşıma, nəqliyyat-kommunikasiya sistemindəki iştirakı ilə bağlı məsələlər təhlil edilir,
Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi ölkələrinin gələcək milli maraqlarını təhdid edən qlobal
proseslər şərh olunur.
Geosiyasət elmi beynəlxalq münasibətlərin bütün səviyyələrində – ölkələrarası, təşkilatlararası,
hətta fərdlərarası əlaqələrdə, ayrıca götürülmüş məkanlarda ətraf aləmin, ümumi geosiyasi
vəziyyətin düzgün qavranması, təbii, ictimai və elmi məlumatların, innovativ biliklərin dolğun
qiymətləndirilməsi üçün mühüm vasitə rolunu oynayır. Dövlət təhsil standartlarına uyğun olaraq
ali məktəblərin müvafiq ixtisasları üzrə təhsil alan tələbə və doktorantlar, ixtisaslaşmış akademiyaların
dinləyiciləri və elmi işçilər üçün dərslik kimi yazılmış bu dərslikdən həm də ictimaisiyasi
xadimlər, millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, təhlükəsizlik və hərbigeostrateji
planlama sahəsində çalışan mütəxəssislər və ən geniş intellektual oxucu təbəqəsi – milli
elita istifadə edə bilər.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?