Ayrılığın ilk övladı, əlvida. - Kamran Süleyman

Məhsul kodu: 1519

Müəllif: Kamran Süleyman
Janr: Poeziya
Nəşriyyat: Hədəf
Kitabın dili: Azərbaycan
3 Azn
Ədəd


Kitab haqqında
İlk ayrılığımız Tanrıyla oldu bizim... Hələ min illər öncə... Çünki Tanrının öz ruhundan üfürdüyü sevgini qoruya bilmədik... Payımıza getmək, daha doğrusu qovulmaq düşdü. Beləcə sevgi insanlardan kölgə uzaqlığında oldu həmişə... Kölgə kimi yanımızda hiss etdik, amma əl uzadıb tuta bilmədik... Bəlkə də tutmaq istəmədik.
Ayrılığımız da, başlanğıcımız da əlvida ilə başladı həmişə. Buna görə də "əlvida" ayrılığın ilk ovladı oldu. Qəlbimiz o qədər həsrət böyütdü ki, kitablara vərəqlərə sığdıra bilmədik.
...Sevgi bitişi yarpaqla ağacın ayrılığına bənzədi... Necə ki, hər budaq günü gəldiyində istəmədən də olsa yarpaqlarını təslim etdi payıza.
...Payız...Payız miskin qadın obrazını xatırladır mənə. İslaq gözlü, çılpaq arzulu, yarpaq qoxan ümidlərlə dolu qadını. Və şeirlərlə ovudulmağa ehtiyac duyur...
Ayrılığın ilk övladı "Əlvida"...
Sevgilərin
ayrılıqların
seviləcəklərin
ayrılacaqların
ilk kitabı saymaq olar bəlkə də...
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?