Ailə həyatımız - Ahmet Kurucan

Məhsul kodu: 1125

Müəllif: Ahmet Kurucan
Janr: Ailə və uşaq
Nəşriyyat: "Xəzər" nəşriyyatı
Kitabın dili: Azərbaycan
5 Azn
Ədəd


Kitab haqqında
Ailə cəmiyyətin təməli, mənəvi dəyərlərin qalası, şəxsiyyətləri yetişdirən məktəb, dövlətin sütunudur. O, sağlam olarsa, dəyərlər həmişəyaşar və canlı, cəmiyyət möhkəm və davamlı, dövlət güclü və arxalı olar. Ailənin sağlamlığı isə fərdlərin əxlaqından, dün­ya­görüşündən və təhsil səviyyəsindən asılıdır. Amma hər kəsin mü­kəmməl olması da mümkün deyildir, yəni ailələrdə problemlərin olması təbii qarşılanmalıdır. Ancaq əsas məsələ onları həll et­mək­dir. Sizə təqdim edilən bu kitab da ailədaxili münaqişələr, onların səbəbləri, fərdi müstəvidə və qarşılıqlı həll yolları, həllində əsas götürülən meyarlar öz əksini tapmışdır. Kitabda cehiz və toy hədiyyəsindən tutmuş gəlin-qayınana münasibətlərinə, səliqə-sah­mana, ailə daxilində sayğı, sevgi, üzr, inadakarlıq və etimada qədər bir çox məsələlər maraqlı üslubla, yaşanmış hadisələr işığında və müqayisəli şəkildə təhlil edilmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 3 iş günü ərzində 3 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 81 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.
Çatdırılma Kampaniyalar Haqqımızda Bizimlə əlaqə
Sualın var?